beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O r o y s

O r o y s – Er. əv. I əsrdə Alban çarı. Adın bu formasını Plutarx yazmışdır. Appian bu adı Oroz, Oriz, Dion Kassi isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik şəklidir. Türkcə xoşbəxt əlamət, xoş nişanə, qismət, nəsib, xoş güzəran, sağlamlıq, sərvət, var-dövlət mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz sözündəndir. Firdovsinin Şahnaməsində Alp Arus (Alp Ər Tunqanın oğlu), Kitabi Dədə Qorqudda Uruz, XII əsrdə Orta Asiyada Uruzbək, Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urusxan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan (Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.


Tarix: 16.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎