Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Madayların şəxs adları

Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Er. əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar. Lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.


Tarix: 15.01.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...