Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Astiaq

A s t i a q. Midiyanın axırıncı çarı Astiaq madayların tarixində qara səhifə açmış şəxslərdəndir. Onun öz sərkərdəsi Harpaqa (əslində Arpaq) qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedizdirməsi) Harpaqın Astiaqa qarşı vuruşan fars ordusunun tərəfinə keçməsinə və bununla da Herodotun rəşadətli kişilər adlandırdığı midiyalılardan hakimiyyətin farslara keçməsinə səbəb olmuşdur. Herodotun Astiaq kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə v səsi yox idi) formalarındadır. İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu allahının adının əks etdirdiyini yazmışdır. Həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur. Lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda u səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan u adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə be şəkilçisindən və gu – mənimdir sözlərindən ibarət olmaqla İştu (allahı) mənimdir mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu parlaq) allahının adından, şumercə be – hökmdar, bəy, cənab və ku – mənimdir sözlərindən ibarətdir. Ad hökmdar İştu allahım mənasındadır.


Tarix: 15.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 116 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...