Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən xan Şamlı

Həyatı
Həsən xan Hüseyn xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Şamlı elinin Bəydili oymağına mənsub olan ailəsini səfəvilərlə qohumluq telləri bağlayırdı. Atası Sultan Hüseyn xan 1618-ci ildə vafat etdikdən sonra Heratın hakimi oldu.

Həsən xan dövlət işlərində çalışmaqla yanaşı ədəbiyyatla, incəsənətlə də məşğul olurdu. Şair idi. Xoşxətt xəttat kimi də tanınmışdı.

Məhəmməd Tahir Nəsrabadinin məşhur təzkirəsinə əsaslanan İsmayıl Hikmət dediklərinə nümunə olaraq Səfəvilər dövründə Herat hakimi olmuş Həsən xan Şamlını nümunə gətirir. Alim məlumat verir ki, Həsən xan dövlət işlərində mahir olduğu qədər, ədəbiyyat və xətt sənətində də ustad olmuşdur: "Əvamiri-əşərə" adlı bir əsəri tərifə sığmaz bir dərəcədə gözəl və qiymətli bir nəstəliq xəttiylə və öz qələmiylə yazmışdır. Bu qiymətli əsər bu gün Münhenin Baviyera Dövlət Kitabxanası muzeyində bir mövqe və ehtiram işğal etməkdədir". Bundan başqa, Həsən xanın farsca şeirlər divanının mövcudluğu da göstərilir.

Cövhəri Herat hakimi Həsən xan Şamlının tərifində bir mənsəvi qoşmuşdur. Aşağıdakı şeirlər bu məsnəvidəndir:

Mərhəmətinə şahın layiq Həsən xan,
Allahın kölgəsində o, tapmış aman.
Qəza onun oxilə olar yanaşı,
Qılıncına qədər olmaz heç qarşı.
İsgəndər onunla heç üzləşə bilməz,
Qılınc parıltısında başqa heç görməz.

Cövhəri öz arıq, gücsüz atı haqqında deyir:
Cövhəriyə nəsib olmuşdur bir at.
Büdrəməkdir onda, yoxdur yerimək.
Nə ot, nə arpa, saman o yeməmişdir,
Boynunda bircə tük olmazmış görmək.
Çal quyruğunu əgər düyünləməsəm,
İynə gözündən də olar keçirmək.
Damarları haqqənda bilmək istəsən,
Damardan səvayı onda yox demək.
Ağac kölgəsilə yaş yerdən keçsə.
Cumar, batar torpaq içrə o, su tək.
Baş qaldıra bilməz yazıq zəfindən,
Cilovlu bərk çəkib qaldıranadək
Məkkəyə ayaqla gedim, qurtarım,
Məni candan saldı bu ata minmək.


Həsən xan 1641-ci ildə vəvat edib.

Ailəsi
Həsən xanın Mürtəzaqulu xan, Abbasqulu xan adlı oğlanları vardı.


Tarix: 14.01.2015 / 17:17 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...