beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfərəli bəy Vəlibəyov Fəaliyyəti

Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni tutmağa Səfərəli bəy Vəlibəyovu hazırlamışdı.

Təsadüfi deyildir ki, elmi ədəbiyyatda, ciddi alimlərin əsərlərində Qori Seminariyası, "universitetə bərabər seminariya" kimi dəyərləndirilmişdir. Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev və onlarla başqaları kimi adlı-sanlı ziyalı şəxsiyyətləri Azərbaycanımıza məhz Qori Seminariyası bəxş edib. 1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov burada rəhbər vəzifəsində saxlanılır və 1896-cı ilə qədər fəaliyyət göstərir.

1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S. Vəlibəyov burada bir məktəb açaraq uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən 25 nəfər şagird təhsil alırdı.O, tədrisı səs üsulu ilə aparırdı və yerli məktəbdarlara da səs üsulunun üstünlüyünü izah edirdi. O,eyni zamanda seminariya daxilində gedən məfkurə mübarizəsində daim fəal iştirak etmişdir.

Məlumdur ki, XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanının bəzi mürtəce başçıları Azərbaycan və Gürcü dillərini seminariyanın tədris proqramından çıxarmağa cəhd edirdilər. Buna qarşı çıxan S. Vəlibəyov, Ə. Axundzadə, A.O. Çernyayevski, N. Lomouri bu cəhdə qarşı böyük iş görmüşdülər. O, bu mürtəce siyasətə qarşı əks mövqe tutmuşdur. Onun bu prinsipiallığı Zaqafqaziya müəllimlər seminariasından azad olunması ilə nəticələnmişdir.

S. Vəlibəyov 1896-cı ildə Bakıya köçmüş, burada iki il müəllimlik etmişdir. Daha sonra isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. Səfərəli bəy Bəhmən Mirzə Qacar Qovanlının qızı Xurşud xanim ilə ailə qurmuşdur. Nigar xanım və Sürəyya xanım adlı qızları dünyaya gəlmişdir.


Tarix: 13.01.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎