beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynqulu sultan Şamlı

Həyatı
Hüseynqulu sultan Şamlı hərbi xidmətə I Şah Təhmasib Səfəvinin ilxısında mehtərbaşı vəzifəsi ilə başlamışdı. sonra saraya gətirilmişdi. Yasavulbaşı təyin edilmişdi.

II Şah İsmayıl Səfəvi saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi.

Sonra Səbzivar vilayətinə hakim göndərildi.

Hüseyqulu sultan Şamlı elinin Azərbaycan qrupunun başçısı idi. Şirvanda, Xaçmaz üzərinə yürüş ucbatından Əmir xan Türkmanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə Məhəmməd xan Ustaclının və Hüseynqulu sultan eşikağasıbaşı Şamlının başçı olduqları ustaclı və şamlı tayfaları Şahrux xanın tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala bildi. Əmirlərin Şirvan yürüşündən Təbrizə qayıtmasından sonra, adları çəkilən qızılbaş tayfaları arasındakı münasibətlər daha da kəskinləşdi. Həmin tayfalar arasında baş vermiş toqquşmalar barəsində Xorasandan alınmış məlumatlar buraya çatdıqdan sonra isə tayfaların toqquşması labüd oldu.

Türkman tayfasından olan Əmir xan və Məhəmməd xan Hüseynqulu sultanın və onun müttəfiqi Pirə Məhəmməd xan Ustaclının üzərinə hücuma keçdilər. Şaha, şahzadəyə xəyanət edənlər və düşmənlər kimi, onların saraydan qovulmalarını tələb etdilər. Onların hücumlarına məruz qalmış Pirə Məhəmməd xan Ustaclı və Hüseynqulu sultan Şamlı cavablarında bildirdilər ki, Xorasandakı ədavətin yaranmasının bütün günahı, Məşhəd hakimi Murtuzaqulu xan Türkmanın üzərinə düşür. Çünki o, özünün müstəqillik barədə fitnə-fəsad və iddiaları ilə, Xorasan əmirlərinin birliyini özbək xanlarının hücumu qarşısında heçə endirir. Onlar öz tayfalarının şaha və şahzadə Həmzəyə sədaqətini ifadə etdilər və Osmanlı istilası, Xorasana özbək basqını təhlükəsi ilə aqğır mübarizə şəraitində qızılbaş tayfalarını birləşdirməyə çağırdılar.


Tarix: 14.01.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎