beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rzaqulu xan Yekani

Həyatı
Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi. O, Səttarı yanına qarasoran vəzifəsinə götürür.

... Bir gün Səttar mühafizə otağında yoldaşları ilə əyləşib qırmızı çaxır içirdi. Elə bu vaxt Rzaqulu xan otağa girir. Baxır nə? Yeniyetmə Səttarın önündə bir stəkan şərab var. Cin atına minir xan: –Sənə deməmişəm ki, şərab içmə?! –Xan sağ olsun, mən haçan şərab içmişəm? Heç ağzıma da vurmuram. –Bəs bu nədir? –Əlbəttə sudur, xan sağ olsun! Xan lap əsəbiləşir: – Məgər su qırmızı olur? Səttar özünü itirmədən xana cavab verir: –Qurban, sudur də. Ancaq sizi görən kimi xəcalətindən rəngi qızardı. Səttarın hazırcavablığına gülən xan qayıdıb gedir..


Tarix: 13.01.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎