beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn bəy Şamlı

Həyatı
I Şah İsmayılın ən nüfuzlu silahdaşlarından biri və onun tərbiyəçisi Hüseyn bəy Lələ Şamlı Şirvana canişin təyin olunmuşdu. Sonuncu, özünün xidmətçisini ("cilovdar") – darmadağın edilmiş Şirvanlıların təqib edilməsi zamanı Fərrux Yəsara çatması, onu vurub atdan salması və şirvanşahın başını I Şah İsmayıla gətirməsi ilə fərqlənmiş Şahgəldi ağanı öz yerinə təyin etmişdi.

Şirvan vilayətinin idarə olunmasının Hüseyn bəy Lələyə tapşırılmasını Səfəvilərin bu vilayəti həmişə özlərinin qanuni mülkü hesab etdiklərini təsdiq edən aşkar, formal əmək kimi başa düşmək lazımdır. Səfəvi nümayəndələrinin Şirvanın daxili işlərinə qarışmasının dərəcəsi və xarakteri haqqında fikir yürütmək də bizim üçün çətindir. Ehtimal etmək olar ki, bu, Şeyxşah üçün kifayət qədər sıxıntılı olmuşdu. Onun həmin asılılıqdan qurtulmaq üçün göstərdiyi cəhdlərdən də bunu sezmək olar.


Tarix: 14.01.2015 / 17:11 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎