beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Miranşah və Nəimi

Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339-40-1402-ci illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.

Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar". Tarixi gedişatın təhlili onu göstərir ki, əgər xalq o zaman sözün əsir mənasında özü olsaydı, Fəzlullah Nəiminin arxasınca gedər, onun Miranşahın atının quyruğunda parça-parça edilməsinə imkan verməzdi.


Tarix: 13.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎