beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Hüseyn Bayqara - Ailəsi

Sultan Hüseyn Bayqara oğullarını geniş ölkəsinin müxtəlif bölgələrinə vali olaraq göndərmişdi.Səltənətinin sonlarına doğru oğullarının müstəqillik üçün mübarizəyə başlamış olmaları ölkə bütövlüyünə xələl gətirirdi. Böyük oğlu Bədiüzzaman mirzə ilə arası açılmışdı. Bediüzzaman mirzə 1499-cu ildə Heratı mühasirə etdi amma sonuç ala bilmədi bir yandan özbəklər də Herat üzərinə basqınlarını artırdılar. Bu sırada (1501-ci ildə) Əmir Əlişir Nəvai vəfat etdi və Sultan Hüseyn Bayqara en böyük yardımçısını itirmiş oldu. Bundan sonra (1506-cı ildə) özbəklər üzərinə yürüş etməyə qərar verdi və başqa teymurlulardan da yardım istedi. Baburun göndərdiyi ordu hələ gəlmədən Sultan Hüseyn Bayqara səfərə çıxdı. Yolda vəfat etdi və cənazəsi Herata gətirildi.

Sultan Hüseyn Bayqaradan sonra yerinə oğullarından Bədiüzzaman mirzə keçdi. Oğulları atalarının topladığı orduları idarə edəcək və özbəklərlə savaşacaq qüdrətdə deyildilər. Babur savaşın uzadılmasını istəsə də, fikrini qəbul etdirə bilməyincə çəkildi. Ordu dağıldı ve bir il içində özbəklər, Şeybani Məhəmmədin komandasında Heratı zəbt etdilər.Beləcə Sultan Hüseyn Bayqaranın qurduğu dövlət yıxıldı.

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır.


Tarix: 13.01.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎