Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynəli bəy Rüstəmbəyov

Həyatı
Hüseynəli bəy Həsən bəy oğlu 1878-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Şəhərdə Qara Hüseynəli kimi tanınırdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa real məktəbdə oxumuşdu. İrəvan Müəllimlər seminariyasını bitirmişdi. Hüseynəli bəy Rüstəmbəyov 1895-ci il sentyabrın 19-da Şuşada III dərəcəli xüsusi məktəb açmışdı, lakin məktəb cəmi bir ilə fəaliyyət göstərdi. İki sinifdən ibarət olan bu tipli məktəblərdə təhsil alan şagirdlər iki il ərzində, mükəmməl olaraq, Azərbaycan və rus dillərinə yiyələnirdilər. Şagirdlərin tərkibi, əsasən, kasıb və orta təbəqənin nümayəndələrinin övladlarından ibarət idi.


Tarix: 13.01.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...