beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibixanım məscidinin Məscidin memarlıq quruluşu

Məscid ansamblının ölçüləri 167 x 109 m sahəni əhatə edir. Əvvəllər bu məkanda dünyanın 4 istiqamətinə uyğun nəhəng 4 eyvanlı giriş – portallarla xarici divarlar yerləşirdi. Burada 78 x 64 m ölçüdə dördbucaqlı həyət, fəvvarə - hovuz, 400 ağ mərmər sütunlar üzərində qalereyalı tağlar sırası, geniş gümbəzli məscid zalı, künc hissələrdə 4 ədəd zərif quruluşa malik minarələr var idi. Hal – hazırda isə təkcə monumental tikili daş parçaları qalıb, hələ də zəngin dekorativ tərtibatı və binaların əsas formaları göz oxşayır. Məscidin qalıqları arasında 3/4 ölçüdə qorunub saxlanmış hündür giriş qapısı (portal), yan tərəflərdə möhtəşəm dairəvi qalalar nəzərə çarpır.

Portalın aşağı tərəfində boz mərmər friz (ornamental zolaq) üzərində ərəbcə yazı həkk olunub. Onun üstündə rəngli şirəli (qlazur) kərpiclərdən üzləmə zurulub həndəsi şəklindədir. Portalın tağını mozaikalı kəmərlər əhatə edir, nəbati ornamentlərdən və ərəb yazılarından ibarətdir.

2 yan portal – eyvanlar daha yaxşı formada qalıb. Onlar tamamilə eyni, oxşardır, hər biri hündür baraban üzərində mavi şirəli gümbəzlə örtülüb.

Divarları oyma mozaikalar və rəngli kərpiclərlə bəzədilib, böyük ərəb hərfləri mavi rəndədir, qırmızı fonda işlənmişlər. İçəridə ağ fon üzərində mavi və qızılı rənglərlə işlənmiş zəngin divar rəsimlərinin qalıqları var.

Eyvanın tağı 18 m hündürlükdədir, eyvanın isə 30 m hündürlüyü var. Eyvan 8 – künclü qalalarla əhatələnib. Daxili gümbəzin hündürlüyü nə vaxtsa 40 m, diametri – 30 m olmuşdur.

Məscidin dekorativ tərtibatı rəngarəng və zəngindir. Burada mayolika, mozaika, üzlənmiş kərpic, qızıl və parlaq divar rəsimlərinə rast gəlmək olar. Nəbati və həndəsi ornamentlər, ərəb yazıları, iri pannolar şərq xalçası kimi məscidin divarlarını və fasadını örtmüşdür.

Məscidin cənub – qərb hissəsində yarımçıq qalmış minarənin qalıqları ucalır. Minarənin üzərinə şirəli kərpicdən qurulmuş naxış spiralı örtür.

Səmərqəndin türbə - məscidi insanların vəhşiliyindən dağılmayıb, Şərqdə ən böyük məscidi tikdirmək fikrinə düşən Əmir Teymur nəzərə almamışdı ki, tikilinin həcmini getdikcə genişləndirmək lazım deyil, yerli memarlıq və yerli tikinti materiallarının xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Sənətkarlar kərpiclərin, məhsulların keyfiyyətini nə qədər artırsalar da, özülün hörgüsünün həcmini nə qədər genişləndirsələr də hər şey əbəs yerə idi. Nəhəng gümbəz tikililər sözün əsl mənasında “havada asılmış halda idi” və ilk zəlzələ zərbəsindən onlar dağıldılar....

Sonralar şərqin bir çox şəhərlərində Bibi-Xanım məcsidinin motivləri əsasında obrazı yaradılmış məscidləri ucaldıldı. Bu böyük müsəlman məbədi xarabalıqlar şəklində qalsa da, əsrlər boyunca Mərkəzi Asiya memarlığının inkişafına zəmin yaratdı.


Tarix: 13.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎