beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xan (Şəki xanı) Vəfatı

Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir. Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" isə qeyd edilib ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir

Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:

"Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadənin (–Abbas Mirzənin) bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: "Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır."


Tarix: 12.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycan xanlıqları