beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu xan Kəngərli

Həyatı
1780-ci illərin önlərində İbrahimxəlil xan Cavanşir yardımı ilə Murtuzaqulu xanın dördüncü oğlu Abbasqulu xan Naxçıvanın hakimi oldu. 1783-cü ildə İsfahan hakimi Əlimurad xan Zənd Naxçıvana soxulur. Naxçıvan hakimi Abbasqulu xan Kəngərli Qarabağa pənah gətirir. Ibrahimxəlil xan Abbasqulu xana Qarabağdan asılı olmaq şərtiylə yardım edəcəyinə söz verdi.

Bəzi qaynaqlara görə, Abbasqulu xan 1883-cü ildə Əlimərdan xan Zəndin çağırışı ilə Urmiya hakimi Imamqulu xanın üstünə hücum etmişdi. Əlimərdan xanın sərkərdəsi Əmiraslan xan Araşlı-Avşar Urmiyaya yürüş edəndə birləşmiş qoşuna Abbasqulu xan da qatılmışdı. Tarixçi yazır: "Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadıq xan Şəqaqi, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib Imamqulu xanın qoşununa hücum etdilər".[1]. Abbasqulu xanın əmisioğlu Cəfərqulu xan 1783-cü ildə onu devirib Naxçıvanda hakim oldu.

Abbasqulu xan kömək üçün yenidən Qarabağ xanı Ibrahimxəlil xan Cavanşir müraciət etdi. 1787-ci ildə Ibrahimxəlil xan Naxçıvana yürüş edir. Qarabağ qoşunları Naxçıvanda görünən kimi Cəfərqulu xan qaçıb gizlənir. Ibrahimxəlil xan Cavanşir Abbasqulu xanı Naxçıvan hakimliyinə bərpa edir.1787-ci ildə ildə Kəlbəli xan Kəngərli Abbasqulu xanı devirib xanlığa yiyələnir. Ibrahimxəlil xan Cavanşir məktub yazıb Abbasqulu xana ümid verir ki, yaxın çağlarda yenidən Naxçıvana yürüş edəcək. İbrahimxəlil xan Cavanşir Naxçıvana yürüş etsə də, məğlub olub geri çəkildi. Kəlbəli xan Kəngərli Naxçıvan taxtında bərqərar oldu. Abbasqulu xan tarix səhnəsindən çıxdı.


Tarix: 10.01.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycan xanlıqları