beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətəli xan Qubalı

Mənşəyi
Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsli Yengikənddə. Və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yenqikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı. Şiəliyi də Hüseyn xan İsfahanda qəbul edir. Bu barədə A.A. Bakixanov yazır: İranda olanda, Heseyn xan Əli məzhəbinə(şiəlik nəzərdə tutulur) daxil oldu. Və indiyə kimi Quba xanının nəsli şiəliyi etiqad edir.


Tarix: 10.01.2015 / 16:58 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan xanlıqları