beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım xan Xançobanlı

Həyatı
Məhəmmədsəid xanın 5-ci оğlu Qasım xan da ömrünün bir hissəsini qardaşı Əsgər xan və əmisi оğlu Mustafa xanla qaçqınlıqda keçirmiş və 1786-1789-cu illərdə xanlıq kürsüsündə böyük qardaşı Əsgər xanı əvəz etmişdir. 1792-ci ilin əvəllərindən etibarən Şirvan əyanlarının ona incikliyi başladı. O təbəələr arasında fərq qoymur, şirvanlılara arxalanmaq yerinə Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdərək xalqa məsləhət verirdi. 1792-ci ildə Şirvan əyanları Hovuz mahalının naibi Yüzbaşı bəy və Sərdərin mahalının naibi Ömər sultanın təklifi ilə Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər. Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qəbələyə, oradan Quba xanlığına getdi.


Tarix: 10.01.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycan xanlıqları