beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mir Mustafa xan Talışlı

Həyatı
Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir.

Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu.

Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər.

Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər.

Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır. Talış xanlığının Rusiyaya meylini nəzərə alaraq Mir Mustafa xan Talışlını 1796-cı ildə mart ayının 12-də general mayor rütbəsi ilə təltif etmişdir. II Yekaterinanın vəfatından sonra hakimiyyətə keçən II Pavel qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Talışa hücum etdi. Lakin bu hücum uğursuzluqla nəticələndi. 1800-cü ildə talış xanlığı Rusiyanın himayəsi altına keçdi. Ağa Məhəmməd şahın vəfatından sonra hakimiyyətə keçən Fətəli şah Qacar da eyni ilə Azərbaycanı özünə tabe etmək istəyirdi. Onun Lənkərana etdiyi hər üç hucum uğursuzluqla nəticələndi. 1812–ci ildə Abbas mirzə Qovanlı-Qacar başda olmaqla İran qoşunu Lənkəran və Ərkivan qalalarını ələ keçirdikdə Mir Mustafa xan yenidən öz diplomatik bacarığından istifadə etdi və rus qoşunlarını köməyə çağırdı. 1813–cü il yanvarın 1-də ruslar Lənkəran qalasını geri qaytara bildilər. I Aleksandr talış xanı və sərkərdəsi Mir Mustafa xana general-leytenant rütbəsi verdi. Mir Mustafa xan 1814-cü il iyul ayının 26-da Lənkəranda vəfat edir. Düz 105 ildən sonra 1919–cu ildə qəbri sökülmüş və sümükləri Kərbəlaya aparılmışdır.

Hazırda Lənkəranın mərkəzi küçələrindən biri xanın adını daşıyır.


Tarix: 10.01.2015 / 17:04 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan xanlıqları