Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıMir Həsən xan Talışlı

Həyatı[redaktə]
Bu tarixi şəxsiyyətə Iran və Rus tarixçiləri müxtəlif damğalar vurublar. Çünkü Mir Həsən Xanın adı Iran və Rus müstəmləkələrinde Azadlıq simvoluna cevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ile onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdiler. Yadelli işğalçılara qarşı vuruşmalarda ad-san qazanan Mir Həsən Xanın sərkərdə məharəti haqqında rus tarixçisi, akademik B.A.Dorn yazır: "1832-ci ildə son Talış xanlarından Mir Mustafa xanın oğullarından biri olan Mir Həsən xan öldu. Ruslara qarşı vuruşmalarda ləqəb kimi o "Döyüşçülərin ən öncülü" adını qazanmışdı.”

Iranlılar isə döyüş vaxtı öz xanlarına deyirdilər: "Sərkərdə, Mir Həsən xan kimi olar".

Mir Həsən xanın döyüşlərini öz Ardı »

Azərbaycan xanlıqları"Qarabağnamələrdə"

Hüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,

"Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı".

Mirzə Yusif Qarabaği isə bunu yazır:

"Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr

Düşmən kökündən sarsıldıqdan və onların Ardı »

Azərbaycan xanlıqlarıMurtuzaqulu xan Bayat

Həyatı[redaktə]
Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb.

Fəaliyyəti[redaktə]
Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün Ardı »

Azərbaycan xanlıqlarıÜşnü mahalı

Tarixi[redaktə]
Üşnü mahalı şimaldan Urmiya, şərqdən Sulduz, qərbdən Qasımlı dərəsi ilə həmsərhəddir. Üşnü ümumiyyətlə dağlıq yerdir. Lakin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yerləşir. Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan və Ağçay bu düzənliyə tökülür. Həmin çaylar ovalığı suvardıqdan sonra Qədirçayla birləşir. Urmiya şəhərini su ilə təmin edən məşhur Şəhər çayı da həmin düzənlikdən keçməli olur.

Mahalın mərkəzi Üşnü şəhəri idi. Bəzi qaynaqlarda bu şəhər Üşnəviyyə adlanır. Dağlar qoynunda salınan bu köhnə şəhər gözəl iqlim şəraitinə malikdir. Orada çoxlu taxıl, dənli bitkilər və meyvə məhsulları istehsal edilirdi. Mahal bəylərinin iqamətgahı şəhərin şimal tərfində yerləşən "Dərin qala" adlı kənd idi. Sıldırım Ardı »

Azərbaycan xanlıqlarıMəhəmmədhəsən xan Ziyadoğlu-Qacar

Həyatı[redaktə]
Məhəmmədhəsən аğа Şahverdi xan oğlu 1742-ci ildə Gəncə şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsil-tərbiyəsi görmüşdü. Аtаsı vəfаt еdəndən sоnrа хаnlığа yiyələndi. О, bir dövlət хаdimi кimi böyüк bаcаrıq nümаyiş еtdirərəк, Gəncə хаnlığının müstəqilliyini möhкəmləndirir, оnun çiçəкlənməsinə səbəb оldu.

Məhəmmədhəsən хаn Gəncəni Gürcüstan аsılılığındаn аzаd еtdi. 1778-ci ildə Məhəmmədhəsən хаnı qаrdаşı Məhəmməd хаn dеvirib yеrinə кеçdi. Ardı »

Azərbaycan xanlıqlarıQarabağ Xanlığın inzibati qurluşu

Qarabağ xanlığı şərqdə Şirvan, cənubi-şərqdə Ərdəbil, qərbdə Naxçıvan, şimalda Gəncə xanlıqları ilə həmsərhəd idi. Xanlığın özü paytaxt Şuşa şəhərindən və 25 mahaldan ibarət idi. Xanlığa bağlı mahalları sıralayaq:

Cavanşir-Dizaq mahalı
Xırdapara-Dizaq mahalı
Dizaq mahalı
Dizaq-Cəbrayıllı mahalı
Çulundur mahalı
Püsyan mahalı
Mehri mahalı
Bərgüşad mahalı
Qaraçorlu mahalı
Bağabürd mahalı
Küpara mahalı
Əcanan mahalı
Sisyan mahalı
Tatev mahalı
Vərəndə mahalı
Xaçın mahalı
Çiləbörd mahalı
Talış mahalı
Kolanı mahalı
Dəmirçihəsənli mahalı
Iyirmidörd mahalı
Otuziki mahalı
I Kəbirli mahalı
II Kəbirli mahalı
Cavanşir mahalı
A. Milman Qarabağ xanlığında 21 mahalın olduğunu göstərir[11]. Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Mahallar nahiyələrə, nahiyələr isə kəndlərə və yaxud obalara bölünürdü.

Mahallara xan tərəfindən təyin olunmuş naiblər başçılıq edirdilər. Bir neçə mahal məlik tərəfindən idarə olunurdu. Məliklər hakimiyyətə irsən yiyələnsələr də, Ardı »

Azərbaycan xanlıqlarıƏsgər xan Xançobanlı

Həyatı[redaktə]
1756-cı ildə Şamaxıda Məhəmmədsəid xan Xançobanının 3-cü oğlu olaraq dünyaya göz açmışdı. Fətəli xan 1787-ci ildə Şirvanı işğal edəndən əvvəl Qarabağa sonra Cara qaçmışdı. Daha sonrakı dayanacaqları isə Avar xanlığı olmuşdu. 1790-cı ildə Şəki xanı Məhəmmədhəsən xanın köməyi ilə Şirvan xanı oldu. 1791-ci ildə Hacı Məhəmmədəli xanın oğlu Manaf xanı öldürərək ondan Ağsunu aldığına görə Məhəmmədhəsən xan Quba xanı Əhməd xanla birlikdə ona qarşı hücum etsə də, Əsgər xan 5000 tümən pul verərək ləzgiləri öz tərəfinə çəkdi. Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər. Ardı »

Azərbaycan xanlıqlarıBuduq mahalı

Buduq mahalı — Quba xanlığında mahal.

Quba xanlığı dövründə Buduq mahalının mərkəzi Buduq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Buduq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Buduq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat Ardı »