Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü

Belə bir dövrdə İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd şah Qacar atası Məhəmmədhəsən xan Qovanlı-Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60-minlik bir ordu ilə Qafqaza yürüş edir.

Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Aqa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir.

1797-ci ildə Aqa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şimali Azərbaycana qaçıb gizlənir. Aqa Məhəmməd şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şaha nəsib olmur.


Tarix: 10.01.2015 / 16:51 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan xanlıqları
loading...