Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağası xan Xançobanlı Ailəsi

Ağası xanın 4 həyat yoldaşı və onlardan 12 övladı olmuşdur:

Bibixanım xanım - 1756cı ildə evlənmişdi. Bibixanım xanımdan olan övladları:
Mustafa xan - Şirvanın son xanı
İsmail bəy Sərkər (1760-1848) - Mərzili obasının sahibi. Mustafa xan ilə eyni yerdə öldü, Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Kafiyə xanım - 1766-cı ildə anadan olmuşdu, Qasım xan Xançobanlı ilə evlənmişdi.
Balaş xanım - 1769-cu ildə anadan olmuşdu.
Xədicə xanım - 1776-cı ildə anadan olmuşdu.
Xədicəxanım xanım Məmmədəli xan qızı- 1760cı ildə evlənmişdi. 1774-cü ildə vəfat etdi. Övladları:
Xeyrünnisa xanım - 1761-ci ildə anadan olmuşdu.
Xədicəxanım xanım Məlik Məmməd xann qızı - 1771ci ildə evlənmişdi, 1783-cü ildə vəfat etdi, Baba Səməd qəbirstanlığında basdırıldı. Övladları:
Haşim xan Sərkər (1773-1845) - Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Cəfər bəy Sərkər (1776-1827) - Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Abdulla bəy Sərkər (1778-1842) - Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Mehdi bəy Sərkər (1780-1827) - Baba Səməd qəbirstanlığında basdırılmışdır.
Həcər xanım - 1783-cü ildə anadan olmuşdu. Mir Mustafa xan Talışlının oğlu Mir Xasay bəy ilə evlənmişdir.
Abidə xanım - 1776cı ildə evlənmişdi. 1805-ci ildə vəfat etmişdi. Övladı:
Səadət xanım - 1778-ci ildə anadan olmuşdu.


Tarix: 10.01.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycan xanlıqları
loading...