beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yavər Həsənov (şəhid)

Həyatı
15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur. Yavər Həsənov Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə 1994-cü il Yanvar ayının 7-si qəhrəmancasına şəhid olmuşdur. Qəbri Bakıda Şəhidlər xiyabanındadır. Yavərdən başqa 3-qardaşı da Qarabağ müharibəsində iştirak etmişlər. Onlardan biri Həkim Həsənov müharibədə xəstələnmiş və sonra 2003-cü ildə rəhmətə getmişdir. Yavər Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri idi. O, vətənin uğrunda gedən döyüşlər zamanı bir çox döyüşlərdə öndə gedən döyüşçülərdən olmuşdur.

Döyüşlərdə iştirakı
1994-cü il 07 yanvar Füzulinin Alxanlı kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra Bəytəpə yüksəkliyini ələ keçirirlər, bu uğurlarına çox sevinən Yavərin sevinci uzun çəkmir. O, azğın düşmənin qaçarkən yerə basdırdığı minaya düşür və Şəhid olur. Daim xatirələrdə igidlik simvolu olan Yavər minaya düşməsəydi düşmən gülləsinə çətin tuş gələrdi. O, çox cəsur və mərd idi.

Ailəsi
Subay idi.


Tarix: 27.01.2015 / 14:52 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycanın müharibələri‎