Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natiq Əhmədov

Həyatı
Əhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı
26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Natiq qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.


Tarix: 27.01.2015 / 12:35 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎
loading...