Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fariz Cəbrayılov

Fariz Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Fariz Cəbrayılov 1973-cü ildə Qazıməmməd şəhərində anadan olub.2 saylı orta məktəbi bitirib.1992-ci ildə könüllü olaraq ordu sıralarına gedib.O, Baş Güneytəpə, Manikli, Drambon, Canyataq, Sırxavənd kəndləri və Caldıran yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.1992-ci il avqustun 13-də batalyonun 16 nəfər döyüşçüsü Ağdərənin 7 kəndini düşməndən azad etdilər. Səkkizinci kəndi azad etmək üçün irəli can atan Farizgilin BTP-i və başqa bir BTP minaya düşdü.Fariz alışıb yanan BTP-dən örtüyü qaldırıb çıxarkən düşmən gülləsi düz onun sinəsindən dəydi.


Tarix: 24.01.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanın müharibələri‎
loading...