beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Mirzəyev

Həyatı
Süleyman Mirzəyev 1949-cu ildə Xankəndi şəhərində kasıb bir ailədə anadan olub. O, 1964-cü ildə Xankəndi şəhəri 2 nömrəli məktəbi bitirir və 1966-cı ildə Bakı Tibb İnstitutuna qəbul olur.

Oranı 1972-ci ildə bitirir və bir neçə ay sonra ailə həyatı qurur. İki övladı olur. 1980-cı ildə Xankəndi şəhərində həkim vəzifəsində çalışır. Həmin illərdə onun bir çox kitabları işıq üzü görür.

Müharibə illəri
1989-cu ildə həyat yoldaşı ermənilər tərəfindən öldürülür və o buna dözə bilməyib Qarabağ hərəkatına qoşulur.

Hərəkatın fəallarından olur. Erməni icması ilə azəri icmasının görüşlərində iştirak edir. Bir çox savaşlarda iştirak edir.1991-ci ildə Xankəndinin işğalı zamanı şəhid olur.


Tarix: 27.01.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri‎