beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif Paşa

Həyatı
Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Laçın rayonunda tikinti sahəsində işləyib.

Birinci Qarabağ muharibəsi dövründə Laçın özünümüdafiə polkunun komandiri olub, ehtiyyatda olan polkovnikdir.

Müxtəlif illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrlərinin müavini olub.

Hal-hazırda Ümid Partiyasının sədr müavinidir.[1]

Arif Fəxrəddin oğlu Paşayev 1959-cu ildə Laçın şəhərində anadan olub.1966-1976-ci illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib.1977-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutuna daxil olub.1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982-1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. 1984-1991-ci illərdə müxtəlif təsərrüfat müəssisələrinin rəhbəri vəzifələrində çalışıb,Laçın rayon XDSİK sədrinin müavini olub. 1988-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat-Müvəqqəti Fövqəladə Komitə yaradıb. 1988-ci ilin aprelində üzvlərinin sayi bir neçə min nəfər olan Laçın rayon Müdafiə Komitəsini yaradib və ona başçılıq edib. 1988-ci ilin iyun ayında Laçın rayon Xalq Cəbhəsini yaradıb və ona başçılıq edib.HƏMİN VAXTLAR AZƏRBAYCANDA HƏLƏ XALQ CƏBHƏSİ YARADILMAMIŞDI.AXC ilk İdarə Heyətinin üzvü seçilib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1N-li əmri ilə Laçın rayon Ərazi Müdafiə batalyonunun komandiri təyin edilib və Azərbaycanda İLK MİLLİ HƏRBİ HİSSƏNİ YARADİB. 1992-ci ilin martında Azərbaycanda olan İLK NİZAMİ ALAYI-LAÇIN ALAYINI YARADIB VƏ ONUN KOMANDİRİ TƏYİN EDİLİB. 1992-ci ilin aprelin 30-da naməlum səbəblərdən alayın komandiri vəzifəsindən azad edilib.BUNDAN 18 GÜN SONRA ermənilər Laçın rayonunu işğal ediblər. 1992-ci ilin iyulundan 2002-ci ilədək AXCP sədrinin müavini olub.

1993-cü ilin avqust ayında CM-nin 4 maddəsində ÖLÜM CƏZASI nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib.1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb.1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək,məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.



Azərbaycanın ilk milli marşı olan Əsgər marşınin sözləri əslində Arif Paşayevə aiddir


Tarix: 26.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Azərbaycanın müharibələri‎