beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malik Əsədov

Həyatı
27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.

Döyüşlərdə iştirakı
Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.

Ailəsi
Ailəli idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.


Tarix: 26.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanın müharibələri‎