beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azay Kazımov

Həyatı
Azay Sada oğlu Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində “Zərgərlilər” tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır.

Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir.

1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və vzvod komandiri təyin edilmişdir. Bir müddətdən sonra Azay Kazımov Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir.

Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür.

Igid döyüşçü Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbiçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir. 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində 21 yaşlı döyüşçü Azay şəhid oldu.

Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının prezidentinin 9 окtyabr 1994-cü il tarixli əmri ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.


Tarix: 26.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanın müharibələri‎