beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüsal Xəlilov

Həyatı
Vüsal Ədalət oğlu Xəlilov 1972-ci il dekabr ayının 18-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirib. Zabit olmaq arzusuyla sənədlərini Cəmşid Naxçıvanski adına hərbi məktəbə verib. Qismət olmayıb. Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Belarus Respublikasının paytaxtı Minskdə 7 ay xidmət edəndən sonra Azərbaycana qayıdıb. Milli ordunun sıralarına qoşulan Vüsal Şuşa, Ağdam, Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən qanlı döyüşdə düşmənin "Qrad" qurğusundan atdığı mərmi parçalarından ürək nahiyəsindən və başından ağır yara alıb. Qəfil olaraq 1996-cı il avqustun 11-də döyüş zamanı ürək nahiyəsindən aldığı mərmi parçasının yaratdığı narahatlıqdan dünyasını dəyişib.


Tarix: 27.01.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Azərbaycanın müharibələri‎