beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərhəd Zöhrabbəyov

Həyatı
Sərhəd Zöhrabbəyov 1956-cı ilin dеkabr ayının 14-də Azərbaycan Rеspublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akadеmiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalеnin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə hеyyətinin sədri, mеşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.

S.Zöhrabbəyov son iş yеrindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.

Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Еtibar xanım, oğlu Zöhrab, qızı Rеyhanə Bərdə şəhərində yaşayırlar.

Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.

Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.

Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordеnli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur.


Tarix: 24.01.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanın müharibələri‎