beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Yarməmmədov

Həyatı
Vüqar Məmməd oğlu Yarməmmədov 11 noyabr 1960-cı ildə Kürdəmir rayonunda müəllim ailəsində dünyaya gəlib. Vüqar altı uşaqlı ailənin 4-cü övladı olub. 1967-1977-ci illərdə Kürdəmir rayon 1 saylı orta məktəbində təhsil alıb. Elə həmin il indiki Kooperasiya (əvvəlki Sənaye) texnikumuna daxil olub. Hərbi xidməti Rusiyanın Udmurtiya vilayətində bitirdikdən sonra təhsilini davam etdirib. Təhsilini tamamladıqdan sonra ailə qurub və bu izdivacdan iki qız, bir oğul övladı dünyaya gəlib. 1983-cü ildə ailəsi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. Orda əvvəlcə komendant, sonra isə polis vəzifəsində çalışıb.

Qarabağ müharibəsi başlayandan sonra Vüqar Sankt-Peterburqda qərar tuta bilmir və ailəsini də götürərək Azərbaycana qayıdır. Könüllü olaraq Şuşaya yollanan V.Yarməmmədov özünümüdafiə batalyonunun tərkibində erməni işğalçılarıma qarşı döyüşlərə atılır. Qısa müddətdə o, əsgər yoldaşları və komandirlərinin fəxrinə çevrilir.

1992-ci il martın 26-da Şuşikənd istiqamətində gedən döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələn Vüqar şəhidlik zirvəsinə ucalır. O, martın 29-da Kürdəmir rayonunda dəfn olunur.

Hazırda böyüyüb boya-başa çatdığı küçə Vüqar Yarməmmədovun adını daşıyır.


Tarix: 27.01.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Azərbaycanın müharibələri‎