beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taleh Cabbarov

Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan təxris olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi.

Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi.

Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.


Tarix: 27.01.2015 / 14:45 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanın müharibələri‎