beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahid Ələkbərov

Həyatı
Cahid Ələkbərov 1967-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər işğal olunana qədər orada yaşayıb. 1986-1988-ci illərdə sovet ordusu sıralarında indiki Rusiya Federasiyasının Arxangelsk şəhərində xidmət edib. Hərbi xidməti başa vurub geri döndükdə Qarabağdakı vəziyyəti nəzərə alaraq könüllü surətdə Şuşanın müdafiəçilərinə qoşulub.

Cahid Ələkbərov uğursuz Daşaltı əməliyyatının iştirakçısıdır. Qardaşı Zahid Ələkbərov bu əməliyyatda şəhidlik zirvəsinə ucalıb. İlk döyüşü Şuşanın Nəbilər kəndi olub. O vaxtlar döyüş silahı olmadığı üçün, ov silahı- tir tüfəngi ilə müdafiə olurdu. Müasir silahlarla silahlanmış ermənilərin qabağına tir tüfəngi ilə çıxıb onlara vətən sevgisinin nə olduğunu dəfələrlə göstərmişdi. Sonralar şəhid olmuş Milli Qəhrəman Ramiz Qəmbərov Şuşaya avtomat silahlar gətirdi. O vaxtkı icra başçısı rəhmətlik Mikayıl Gözəlovun birbaşa köməyi ilə Şuşa özünümüdafiə batalyonu yaradıldı. Cahid də də bu batalyonun tərkibində əvvəl Şuşa, Şuşanın işğalından sonra Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qarabağ uğrunda gedən döyüşlərdə dörd dəfə müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1994-cü ildə səhhəti ilə bağlı ordudan tərxis edilib.


Tarix: 26.01.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎