beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənriz Tarixi

Tarixi
Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən 15-ci əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötməyə başladı və bundan sonra ermənilər buranı "qədim erməni ərazisi" kimi adlandırmağa başladılar. Bu kəndin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak etmişdilər. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyulmuşdur. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Ali Sovetin sədri İsa Qəmbərin qərarı ilə kəndin adı dəyişdirilərək öz tarixi adına qaytarılmışdır.

Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kəndə Azərbaycanın nəzarətinə keçmişdir. Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçirdilər. Hal-hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Kənddə erməni ordusunun batalyonu saxlanılır.

İşğal dövrü
Bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.

Mədəniyyəti
Həsənriz kəndində təxminən 500-cü ildə tikilmiş Alban məbədi yerləşir.

Əhalisi
Hal-hazırda Həsənrizdə 1500 nəfərə yaxın erməni yaşayır. Kənddə işsizlik hökm sürür. Kəndin inkişafı üçün Fransa bura çoxlu yardımlar etmiş, burada kənd məktəbi və başqa binaları tikmişdir.


Tarix: 26.01.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎