beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidayət Əliyev

Həyatı
17 noyabr 1957-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıtmışdır.

1991-ci ilin oktyabrından milli orduya könüllü getmişdir. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlamışdır. O öz taqımı ilə 28 gün kəndi müdafiə etmişdir.

26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi 1 ay sonra Semaşko xəstəxanasının meyidxanasından tapılmış və Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 26.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanın müharibələri‎