beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəsul Şahverdiyev

Rəsul Şahverdiyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Rəsul Şahverdi oğlu Şahverdiyev 15 yanvar 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-ci ildə Laçın rayon Ağanus kənd orta məktəbinin I sinfinə getmiş, 1967-ci ildə orta təhsilini başa vurmuşdur. 1968-ci ildə ordu sıralarına çağırılan Rəsul həqiqi hərbi xidmətini Rostov şəhərində çəkib. 1971-ci ildən Laçın rayon polis şöbəsində işləyirdi. 1988-ci ildən başlayaraq şöbənin əməkdaşları ilə birgə laçın rayonunun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak edib. Rəsul ən təhlükəli əməliyyatlara qardaşı Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevlə birlikdə gedər, döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. O, illərlə çətin və məsuliyyətli polis xidməti çəkərək peşəkar əməliyyatçıya çevrilmiş, ağır müharibədə igidliklə iştirak edərək cəsur kəşfiyyatçı olmuşdur. Rayonun Cicimli, Uvannovu kəndlərinin erməni quldurlarından qorunmasında şəxsi igidlik nümunısi göstərib. 1992-ci ildə Laçının süqutundan sonra Kəlbəcərlə həmsərhəd olan kəndlərin azad olunması uğrunda gedən döyüşlərin hamısında şücaət göstərib.

1993-cü ildə polis starşinası R.Şahverdiyevin yaralı olmasına baxmayaraq, Kəlbəcər rayonu işğal olunan zaman mühasirəyə düşmüş kəndlərdə dinc əhalinin çıxarılmasında iştirakı şsl fədəkarlıq nümunəsi idi. O, 1993-cü ildə Daşkəsən rayonunun Zivlər-Qaraqollar kəndəri istiqamətində gedən döyüşlərdə də fəal iştirak etmişdir. Döyüşlərdə aldığı yaralar 1995-ci il martın 22-də Rəsulun ömür yoluna nöqtə qoydu. Rəsul Şahverdiyevin qəbri minlərlə soydaşımız kimi Bakı şəhərindəki Şəhidlər Xiyabanında ziyarətgaha çevrilib. Ziyarətçilərdən üçü onun öz övladıdır.


Tarix: 27.01.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanın müharibələri‎