Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Həşim

Həyatı
Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.

Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1818 - ?) kiçik qızı Mələk xanımla (? – 1941) ailə həyatı qurmuşdur.

Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilən yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın Qaracı qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.

Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.

Onların nəslinə mənsub insanlardan biri də – AMEA-nın müxbir üzvi, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovdur. O, ana tərəfdən Seyid Qara Məhəmmədin kötücəsi, Seyid Həşimin nəticəsi, Seyidə xanımın nəvəsidir.

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Seyid Həşimin qızı Seyidə xanımın nəticəsidir.


Tarix: 24.01.2015 / 16:40 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycanın müharibələri‎
loading...