beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ehtiram Əliyev

Həyatı
Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır.

Döyüşlərdə iştirakı
Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi.

Ailəsi
Ailəlidir, bir qızı 2 oqlu var.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.


Tarix: 26.01.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Azərbaycanın müharibələri‎