beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balakişi Hüseynov

Balakişi Hüseynov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Balakişi Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra, 186-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanandan Əliyar Əliyevin taborunda kəşfiyyat işləri ilə məşğul idi. Cəsur döyüşçü olan Balakişi çox mühüm və çətin tapşırıqları yerinə yetirirdi. 1992-ci ildə Ermənistanın Qafan və Gorus istiqamətindən rayon mərkəzi tez-tez atəşə məruz qalırdı. Cəsur kəşfiyyatçıya bu atəş nöqtələrinin susdurulması əmri verilir. Gecə ilə üç nəfər köməkçisi ilə həminnöqtələri müəyyən edirlər. Məharətlə düşmən arxasına keçərək həmin nöqtələri susdurur, xeyli hərbi sursat ələ keçirirlər. Onun bu xidməti yüksək qiymətləndirilərək bölük komandiri qoyulur. Balakişi rayonun Seytas, Aşağı və yuxarı Cibikli, Novlu, Çardaxlı, Tarovlu, Əliquluuşağı və bir çox digər sərhəd kəndlərində gedən döyüşlərdə yaxından iştirak edirdi və hər bir döyüşdə öz əsgərlərini ruhlandıraraq növbəti qələbələrə aparırdı. 1992-ci ildə düşmənin Seytas kəndinə böyük qüvvə və texnika ilə hücuma keçir. Bu hücumu məharətlə dəf edərək xeyli canlı qüvvə məhv edir və bir ədəd tankı qənimət götürürlər. Bu döyüşlərdən sonra ona kiçik leytenant rütbəsi verilir. 1992-ci ilin sentyabr aylarında Laçın torpaqlarının, xüsusilə Səfiyan, Aşağı və Yuxrı Fərəcan, Suarası, Mığıdərəsi, Mazutlu, Türklər kəndlərinin azad edilməsində Yaxından iştirak edərək əsil qəhrəmanlıq göstərmişdir.Balakişi Hüseynovun son döyüşü Ağdamın Güllücə və Papravənd kəndlərində olmuşdur. 1994-cü il yanvarın 6-da orada gedən döyüşdə ağır yaralanır və yanvarın 24-də qospitalda vəfat edir. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Vəfat edərkən subay idi.


Tarix: 24.01.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎