Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlfi Qasımov

Həyatı
1927-ci il yanvarın 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olub. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Oranı bitirdikdən sonra Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib (1943-44). Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib (1944-46). 1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir (1951-1958). Sonra "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib (1958-1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983) çalışıb. 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Avropa ölkələrində turist səfərində olub. Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub.

1985-ci il martın 12-də, Bakıda ürək çatışmazlığından qəflətən vəfat edib.


Tarix: 23.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎
loading...