beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zahid Əliyev

Həyatı
Zahid Bayram oğlu Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağrılmışdır. 1982-ci ildə hərbi xidməti başa vurub. 1988-ci noyabr-dekabr aylarında Ermənistandan, öz dədə-baba yurdlarından qovulanlar arasında Zahid və onun ailəsi də vardı. Ailəsi ilə birgə Suraxani rayonunda yerləşmişdi.

70 il Sovet imperiyasi tərkibində yaşayan Azərbaycan xalqi əsarət altinda yaşamaqdan bezib azadlıqa can atirdi. Azadlıq istəyən xalq dircəliş hərəkatina başlamışdı. Bakidakı hərəkatin iştirakçılarından biri də Zahid idi. Hər gün işdən çıxıb hərəkat iştirakçılarının yanina gedər, onlara ərzaq aparardi. 19 Yanvarda belə günlərdən biri idi. Olacaqlardan xəbərsiz axşam vaxtı işdən çıxarax hərakat iştirakçılarının yanina getdi.

Sovet hakimiyyəti azadliq istəyən xalqı susdurmaq və cəzalandırmaq məqsədi ilə XI Qızıl ordunu Bakıya göndərdi. Əliyalın xalq top atəşinə tutuldu. İşğalçı rus əsgərlərinin tarixi cinayətinin Zahid günahsiz qurbani olaraq şəhidlik zirvəsinə ucaltdi.

Şəhidlər xiyabanında dəfn olundu.

Ailəli idi. İmarə (Əliyeva İmarə Zahid qızı) adlı bir qızı var.


Tarix: 27.01.2015 / 13:15 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Azərbaycanın müharibələri‎