beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir Quliyev

Həyatı
Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə anadan olub. 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Diplom işi kimi "Birinci simfoniya"sını yaradıb. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimi kimi çalışıb. 1993-2005-ci illərdə Azərbaycan Milli Akademik Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışıb. 2005-ci ildən Şimali Kipr Türk Respublikasındakı Ya­kın Do­ğu Uni­ver­si­te­ti­nin səhnə sənətləri fakültəsində dərs deyir.

ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan və Kiprdə yaradıcılıq ezamiyyətlərində olub və əsərləri adları çəkilən ölkələrdə ifa olunmuşdur.

İki operettanın – "Məhəbbət oyunu" və "Yeddi məhbusə"nin, dörd simfoniyanın, simfonik orkestr və zurna üçün" Uvertüranın", iki simli kvartetin, nəfəsli alətlər üçün kvartetin, skripka və saz üçün sonatanın, violonçel, fleyta və saz üçün "Karvan" musiqinin, simli orkestr üçün "Dastan" əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir.

Bəxtiyar Vahabzadə, D.Mustafayev, Y.Həsənbəy, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Hamlet İsaxanlı və digər şairlərin sözlərinə mahnılar bəstələmişdir.


Tarix: 22.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 144 Bölmə: Azərbaycanın müharibələri‎