Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lambert Uilson

Lambert Vilson (fransızca Lambert Wilson, 3 avqust 1958) — fransız aktyoru. Özünün Matriks seriyalarındakı Merovinqen rolundan sonra məşhurluq qazanıb.Mündəricat
1 Bioqrafiya
2 Filmoqrafiya
3 İstinadlar
4 Xarici keçidlər


Bioqrafiya

Lambert 3 avqust 1958-ci ildə Nöyn-sür-Sen kommunasında anadan olub. Atası 2010-cu ilin 3 fevralında vəfat etmiş məşhur Paris Milli Teatrının aktyoru və rejissöru Jorje Uilsondur.[1]
Aktyorluq fəaliyyətindən əlavə Uilson həmçinin müğənni kimi də tanınır. O özünün ifası ilə bir neçə albom da buraxıb. 1997-ci ildə o Démons et merveilles 2004-cü ildə isə EMI leyblındə Musicals remeyk buraxır.

Rejissör kimi o paris teatrında «Les Caprices de Marianne» Alfreda de Müsssü pyeslərini də qoyub.

Uilson 1991-ci ildə məşhur brend Calvin Klein-in bir neçə reklam çarxında da iştirak edib. Həmin ili model Kristi Törlinqton ilə birlikdə Eternity parfümer brendininin reklamında da iştirak edib.

2006-cı ildə Lambert Vilsona Fransanın ali mükafatlarından biri İncəsənət və Ədəbiyyat üzrə zabit dərəcəsi ordeni təltif olunub.[2][3]

Filmoqrafiya
Culiya (1977)
Jandarm və gəlmələr (film) (1979) — gəlmə
The Rose of Versailles (1979) — əsgər
Bum 2 (1982) — Feliks Mareşal
Bir yayın beş günü (1982) — Yoxann Biari
Böyük səhra (1983) — Cəfər
The Blood of Others (1984) — Paul
Görüş (1985) — Kventin
Les Possedes (film) (1988) — Stavrocin
El Dorado (1988) — Pedro de Ursua
Cefferson Parisdə (1995) — Markiz de Lafayet
The Leading Man (1996) — Feliks Ueb
Marquise (1997) — Jan Rasin
On connaît la chanson (1997) — Mark Dyuveyer
The Last September (1999) — Hüqo Mantqomeri
Jet Set (2000) — Artus de Polinyak
Din Kixot (2000) — Hersoq (telefilm, rejissör Peter Yates)
Far from China (2001) — Jan-Pyer, rejissör C.S. Li)
Matriks: Yenilənmə (2003) — Merovinqen
Matriks: İnqilab (2003) — Merovinqen (Fransız)
Zamanın tələsində (2003) — Lord Arnaut
Pas sur la bouche (2003) — Erik Tompson
Qadın-pişik (2004) — Corc Hedar
Palais Royal! (2005) — Prins Arno
Sahara (2005) — İv Massard
Ürək (2006) — Dan
Flawless (2007) — Finç
Dante 01 (2008) — Sen-Corc
Eramızın Babili (film) (2008) — Doktor Artur Darkandye
Comme les autres (2008) — Doktor Emmanuil Bernye
The Lazarus Project (2008) — Averi


Tarix: 07.02.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Aktyorlar
loading...