beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağaxan Salmanov

Ağaxan Əli oğlu Salmanlı — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
İstintaq davam edir (film, 1966)
Axırıncı aşırım (film, 1971)
Tülkü həccə gedir (film, 1971)
Maqarıç (film, 1973)
1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Pıspısa xanım və Siçan bəy (film, 1974)
Alma almaya bənzər (film, 1975)
Putyovka (film, 1975)
Arxadan vurulan zərbə (film, 1977)
İşgüzar adamlar (film, 1977)
Müqavilə (film, 1978)
Ordan-burdan (film, 1987)
Ötən ilin son gecəsi (film, 1983)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Nigarançılıq (film, 1998)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Ərazi (film, 2005)
Dağlı çörəyi (film, 2007)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Qorxma, mən səninləyəm-2


Tarix: 31.01.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Aktyorlar