beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlyas Əhmədov

Əhmədov İlyas Əhməd oğlu (d.1978) - AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrına, əvvəlcə müqavilə ilə, 01.11.2005-ci ildə isə ştata aktyor götürülüb. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Qaçay ("Rəqabət", Bəxtiyar Vahabzadə), Nağıl ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), oğlan ("Uçqun", Tuncer Cücenoğlu), Bağır ("Dirilən adam", Mir Cəlal) və kütləvi səhnələr. 2012-ci ildə "Qatil" tamaşasının məşqləri zamanı baş verən anlaşılmazlıqlara görə öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk etmişdir.

Filmoqrafiya
İstanbul tətili (film, 2007)
Əlvida, Sevgilim (2008)
Qaydasız döyüş (film, 2009)
Tunel (film, 2009)


Tarix: 05.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Aktyorlar