beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firdovsi Naibov

Naibov Firdovsi Qiyas oğlu – aktyor, rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedrasının müdiri, professor, Humay–2005 mükafatı laureatı.

Həyatı

Firdovsi Naibov 1935-ci ildə Ağdam şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Teatr və Kino aktyoru" şöbəsini bitirib. Azərbaycan Dövlət Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu teatrda aparıcı səhnə ustası kimi 80-a qədər müxtəlif xarakterli rollar oynayıb. Bunların içində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, İ.Coşqunun "Komsomol poeması"nda Cəlal, Vilyam Şekspirin "Romeo və Culyetta"sında Romeo, Ə.Abbasovun "Məlik Məmməd"ində Məlik Məmməd, C.Məmmədovun "Zəncirlənmiş Promotey"ində Zevs, Ş.Xurşudun "Məhəbbət novellası"nda Vasif, A.Babayevin "Yarımçıq şəkil"ində Bəhruz Kəngərli obrazları xüsusi qeyd edilməlidir.

F.Naibov 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi pedaqoji fəalliyətə başlayıb, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişdir. 10 ilə yaxın "Teatr rejissorluğu" kafedrasına rəhbərlik etmişdir. Hazırladığı tələbələrin əksəriyyəti Respublikanın müxtəlif mədəniyyət ocaqlarında, teatr və televiziya kanallarında uğurlu fəaliyyət göstərirlər. Bir çoxları yüksək mükafatlara, fəxri adlara layiq görülmüşlər. F.Naibov pedaqoji fəaliyyətinə görə bir neçə dəfə universitet rəhbərliyi tərəfindən təşəkkür almışdır. Ümumiyyətlə, F.Naibov yaradıcılıq fəaliyyəti dövründə "Əla mədəniyyət işçisi", "Qabaqcıl maarif xadimi" döş nişanlarına, Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, "Humay" mükafatına və bir çox diplomlara layiq görülmüşdür. Teatr xadimləri ittifaqının üzvü olmuşdur.


Tarix: 01.02.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Aktyorlar