Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Səfa

Məmməd Səfa (d. 25 iyul 1960. Dəvəçi) — Azərbaycan aktyoru.

Həyatı

Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda, 1980-1984-cü illərdə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində təhsil alıb. "Yuğ" Teatrının aktyorudur. İncəsənət Universitetində baş müəllim kimi dərs deyir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Filmoqrafiya
Azərbaycan qalaları. Daşkəsən-Gədəbəy (film, 2008)
Cavid ömrü (film, 2007)
Daşdan tikilmiş şəhər (film, 2008)
Dəniz borcu qaytarır (film, 2006)
Dolu (film, 2012)
Dovşanın ölümü (2008)
Fatehlərin divanı (film, 1997)
Günaydın, mələyim! (film, 2008)
Hökmdarın taleyi (film, 2008)
İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007)
Köpək (film, 1994)
Mayak (film, 2012)
Məhbus (film, 1995)
Mən kitabımı başlayıram (film, 2006)
Ovsunçu (film, 2003)
Pirə qayıdan yol (film, 1994)
Sahə (film)
Sübhün səfiri (film, 2012)
Ümid (film, 1995)


Tarix: 03.02.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Aktyorlar
loading...