beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid Səməndər

Aktyor. Mətn oxuyan. Arxiv kadrlar.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Şəkil
5 Həmçinin bax


Həyatı

Rzayev Rəşid Səməndər oğlu (05.03.1975) 1997– ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışır. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən R.Rzayev öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, rəngarəng, çox maraqlı, yaddaqalan obrazlar yaratmışdır. Onlardan N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazlar Rəşid Rzayevə tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir,

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Aktyor Səməndər Rzayevin oğludur.

Filmoqrafiya
Qatil (film, 1994)
Hacı Qara (film, 2002)
Dəvətnamə (film, 2003)
Tarixin şahidləri (film, 2003)
Yumurta (film, 2003)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavad xan (film, 2009)


Tarix: 04.02.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Aktyorlar