beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramil Qasımov

Qasımov Ramil Adıgözəl oğlu (d.1984, Bakı)– vokalçı, aktyor, Opera və kamera ifaçısı, musiqişünasMündəricat
1 Həyatı
2 Mükafatları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

1995-1997-ci illərdə Dövlət Uşaq Filarmoniyasının vokal şöbəsində təhsil almışdır. (Xalq artisti, professor Mobil Əhmədovun sinfini bitirmişdir).

1995-2001-ci illərdə paralel olaraq Niyazi adına 22 saylı musiqi məktəbinin xor-dirijor sinfini qırmızı diplomla bitirmişdir. 2000-cci ildə Bakı Musiqi Akademiyasının hazırlıq kursuna daxil olmuşdur.

2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini musiqişünast, opera və kamera ifaçısı kimi bitirmişdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist kimi çalışır.

Oynadığı tamaşalarda yaratdığı obrazlar:

O.Kazımi və R.Heydərin "Qızıl toy" - Azər. Daha sonra Üz.Hacıbəylinin "O olmasın, bu olsun" operettasında Sərvər, Üz.Hacıbəylinin "Arşın mal alan"da Əsgər, R.Şəfəq və A.Şaiq "Bir saatlıq xəlifəlik"də Malik İbn Səid, E.Sabitoğlu və R.Əhmədzadə "Hələlik"də Mürsəl, O.Rəcəbov və A.Babayev "Şeytanın yubileyi"də Akif, V.Adıgözəlov və Anar "Aldın payını çağır dayını"da Fağır-Bağır, R.Mirişli və M.Haqverdiyev "Qısqanc ürəklər"də Telman, S.Ələsgərov və Ş.Qurbanov "Milyonçunun dilənçi oğlun"da Yetim, R.Mirişli və M.Haqverdiyev "Amerikalı kürəkən"də Kamran, Dolidze "Keto və Kote"də Keto obrazları.

Ramil Qasımov həmçinin 2004-cü ildən Azərbaycan Dövlət Televiziyasının aparıcı solistidir. Azərbaycan Dövlət Televiziyasının Qızıl fondunda R.Qasımovun ifasında 120-dən çox ariya, romans, ballada, 5 kantata, 6 oda və fortepiano ilə yazılmış əsərləri saxlanılır. Bundan başqa 4 diski işıq üzü görmüşdür.

Ramil Qasımovun repertuarında opera partiyaları öz əksini tapmışdır. O, Üz. Hacıbəylinin "Koroğlu" operasından Koroğlu, Leonkavallo "Payatsı" operasından Arlekin, R.Mustafayev "Vaqif" operasından Vaqif, F.Əmirov "Sevil" operasından Balaş, D.Verdi " Trubadur" operasından Manriko və İtalyan, İspan, Fransa, Rus, Türk klassik əsərlərini sevə-sevə öz repertuarına daxil edib.

Dünyanın müxtəlif ölkə və şəhərlərində, eləcə də, İstanbul, Kars, Bayburt, İqdır, Yekaterinburqda keçirilən Dünya Operetta Ulduzlarının paradında, Moskva, Tacikstan, Belarusiya, Gürcüstan, Mərakeş, Feys, Kasablankada Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ etmişdir.

2010-cu ilin may ayında Heydər Əliyev adına sarayda F.Əlizadə və N.Paşayevanın "İntizar" operasında baş obraz - Arif partiyasını ifa etmişdir. "Space" radiosunda 4 ilə yaxın "Klassik musiqi xəzinəmizdən" verlişinin müəllifi və aparıcısı olmuşdur. Bu illər ərzində klassik bəstəkar, ifaçılar haqqında 160-dan çox radio sənədli filmlər hazırlamışdır. 2006-2011-ci illərdə Ramil Qasımov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Həmkarlar İttifaqı Komitəsinin və gənclər təşkilatının sədri

2008-2010-cu illərdə Quruluş hissə müdiri vəzifəsində çalışmışdır. 2011- ci ilin mart ayının 27-də Ramil Qasımov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlu rolunu uğurla ifa etmişdir və tarixdə Şərqin ən gənc Koroğlusu olmuşdur.

Hazırda Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, direktorun 1-ci müavinidir

Mükafatları
1995- ci il - Bakı şəhəri məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi - 1-ci yer
1998-ci il - Respublika məktəblərarası keçirilən gənc istedadlar müsabiqəsi - 1-ci yer
1999-cu il - ”Pöhrə” Respublika müsabiqəsi – laureat
1999-cu il - Moskva şəhərində keçirilən “86 Ümumrespublika” gənc vokalçılar arasında -2-ci yer
2000-ci il - ilin Vətənpərvər ifaçısı
2002-ci il - Silahlı qüvvələr günü - Fəxri Fərman
2009 –cu il - AMEA Milli Azərbaycan Tarixi Muzeyi – Diplom
02.02.2009-cu il-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi - İlin ən fəal gənci – Diplom
02.02.2009-cu il - Səbail Rayon Gənclər və İdman İdarısi - Fəxri Fərman
26.06.2009-cu il - Silahlı Qüvvələrin yaradılmasının 91–ci ildönümü – Fəxri Fərman
24.07.2009- cu il - Səbail Rayon Gənclər və İdman İdarısi – Diplom
25.10.2009-cu il - Şəxsi Heyyət Baş İdarısi -Tərbiyə İşləri İdarəsi - Fəxri Fərman
2009-cu il - Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - Fəxri Fərman
12.11.2009-cu il - Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi - Fəxri Fərman
17.11.2009-cu il - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi - Fəxri Fərman
10.12.2009 cu il - Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi. İlin ən işgüzar gənci - Fəxri Fərman
31.12.2009- cu il - FHN Mülki Müdafiə Qoşunları - Fəxri Fərman
02.02.2010 – Hərbi Dəniz Qüvvələri Komandanlığı- Fəxri Fərman
12.04.2011- Azərbaycan Mədəniyyət Assosasiyası -Fəxri Fərman
17.06.2011 - Rusiyanin Bakıdakı İnformasiya-mədəniyyət mərkəzi - Minnətdarlıq məktubu
18.10.2011 - Dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi Zərdab rayonu İcra hakimiyyətinin Fəxri Fərmanı

Filmoqrafiya
Qızlar (film, 2007)


Tarix: 03.02.2013 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 591 Bölmə: Aktyorlar