beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariyel Qasımov

AktyorMündəricat
1 Həyatı
2 Kitabları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. Məzun olduqdan sonra (1964) Gənc Tamaşaçılar Teatrını seçib. 2 il burada işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard). Əməkdar artist (1979), xalq artistidir (1991).

Kitabları
Ömrün sənət yollarında
İnam

Filmoqrafiya
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Həsən
Axırıncı aşırım (film, 1971)
Babək (film, 1979)
Bir ovuc torpaq (film, 2009)
Bizim küçənin oğlanları (film, 1973)
Çilidə Gecə (1982, Mosfilm)
Dağ Meşəsindən Keçərkən... (1964)
Dairə (film, 1989)
Dədə Qorqud (film, 1975)
Doğma sahillər (film, 1989)
Əlvida, yaşıl yay (1983, Özbəkfilm)
Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
Gilas ağacı (film, 1972)
Həyat, sən kiminsən? (film, 1972)
Həyatın mənası (1983, Özbəkfilm)
Hökm (film, 1994)
Hörmətli alim yoldaşlar (film, 1971)
Xüsusi vəziyyət (film, 1986)
İstintaq (film, 1979)
İşarəni dənizdən gözləyin (film, 1986)
Qatır Məmməd (film, 1974)
Qəzəlxan (film, 1991)
Qızıl rəngi (1975, Türkmənfilm)
Qızıl qaz (film, 1972)
Qocalar (film, 2008)
Qorxma, mən səninləyəm (film, 1981)
Liftçi Qız (1966)
Məhkumlar (film, 2007)
Muradına çatan Günəş
Nəsimi (film, 1973)
Odlu Yollarla (1981, Özbəkfilm)
Ovsunçu (film, 2003)
Özgə Ömür (1987)
Rüstəm və Söhrab (1969, Tacikfilm)
Sahib (1983, Özbəkfilm)
Sahilsiz gecə (film, 1989)
Sonuncu dərviş (film, 2009)
Sonya raport verir (1983, Almaniya)
Sürəyya (film, 1987)
Şeytan göz qabağında (film, 1987)
Unudulan adam (film, 1987)
Vulkana doğru (film, 1977)


Tarix: 04.02.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 522 Bölmə: Aktyorlar