beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Əsədov

Rejissor. Ssenari müəllifi. Aktyor. Film və verilişlərdə iştirak.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

V.Əsədov 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. 1981-ci ilə qədər o, Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində işləmişdir. 1981-ci ildən V.Əsədov həmin teatrda rejissor və baş rejissor olmuşdur. 1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir. V.Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaratmışdır. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Medeya" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilmişdir. V.Əsədovun Dövlət Gənc Tamaşaçılar teatrında hazırladığı İ.Coşğunun "Açıl, bənövşəm açıl", A.Həsənzadənin "Mağara", "Oxu bülbül" kimi əsərlər gənclərin sevdiyi tamaşalara çevrilmişdir. Rejissorun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmamış. O, eyni zamanda bir sıra iri miqyaslı Dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olmuşdur. Belə tədbirlərdən C.Məmmədquluzadənin 120 illiyi, H.Cavidin 120 illiyi, Zərifə Əliyevanın 80 illiyi, Heydər Əliyevin 80 illiyi, S.Vurğunun 100 illiyi, "Yeni teatr" gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimlərini qeyd etmək olar.

V.Əsədov teatr sənətindəki fəaliyyətinə görə 1978-ci ildə Əməkdar Artist, 1986-cı ildə "Şərəf nişanı" ordeni, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildən isə sənətçi Prezident mükafatçısıdır.

Filmoqrafiya
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: Əhməd, "kor" kişi
Qayalarda qalan səs (film, 1995)
Yük (film, 1995)
Fatehlərin divanı (film, 1997)
Ömürdən uzun gecə (film, 1996)
Yaz yuxusunun işığı (film, 1996)
Şeirin xəzrisi (film, 2000)
Dahilərin divanı (film, 2007)
El içində (veriliş, 2007)
Sirr (serial, 2012)


Tarix: 05.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Aktyorlar